Abstraktların təqdimi və qaydalar

 

  •          Abstraktların qəbulu üçün son tarix: 30 aprel 2019
  •          Qeydiyyat tamamlandıqdan sonra abstraktlarınızı yaranmış profilinizə əlavə edə bilərsiniz.

 

  • Müəlliflər birdən çox abstrakt təqdim edə bilərlər.
  • Bütün abstraktlar yalnız ingilis dilində hazırlanmalıdır;
  • Müəllif abstraktı təqdim etməzdən əvvəl düzgün qaydalara uyğun yazılmasını müəyyənləşdirmək üçün bir daha yoxlamalıdır;
  • Təqdimatçı təqdim etdiyi abstraktın dəqiqliyi və elmi məzmunu üçün məsuliyyət daşıyır;
  • Hər bir abstrakt bu bölmələrdən ibarət olmalıdır: (a) qısa giriş və məqsədi, (b) istifadə olunan metodların qısa təsviri, (c) yekunlaşdırılmış nəticələr, (d) ümumi qısa nəticə;
  • Açar sözlər əlavə edilməli;
  • Abstrakt iki səhifədən artıq olmamalıdır. Abstraktın mətni Times New Roman-da, şrift ölçüsü 12 və bir intervalla yığılmalıdır. Səhifə sərhədi və "Footer" olmamalıdır. Yazıda sol və sağ tərəfdən - 20 mm, üst və alt tərəfdən - 25 mm;
  • Mətn minimum 200 söz və maksimum 500 söz uzunluqda (başlıq və müəllif bloku istisna olmaqla) olmalıdır;
  • Ölçü vahidləri, kimyəvi adlar, bioloji molekullar və proseslər üçün standart qısaltmalardan istifadə edin. Digər şərtlər ilk olaraq geniş yazılmalıdır, sonra isə akronim ilə əvəzlənməlidir;
  • Geniş abstraktlar cədvəllər, qrafiklər və şəkillər (maksimum 1000 söz olmaqla) daxil ola bilər. Təqdimatçı həmin qrafik və şəkilləri nəşr etmək hüququnu təmin etmək üçün müəllif hüquqlarının qorunmasına riayət etməlidir;
  • Mövzuların adı BÖYÜK HƏRFLƏR ilə yazılmalıdır;
  • Müəllifin adları (titul və dərəcələr yazılmamalıdır);
  • Təşkilatlar / Müəssisə adı sonra şəhər və ölkə qeyd edilməlidir.