XOŞ GƏLMİSİZ

01-02 iyun 2018-ci ildə Xəzər Universitetində “Tək Sağlamlıq: Problemlər və Həllər” mövzusunda I Beynəlxalq Konfrans keçiriləcəkdir. Konfransda iştirak etmək üçün bütün dünyadan alimləri, gənc tədqiqatçıları, tələbələri, müxtəlif cəmiyyət və nümayəndəlikləri dəvət edirik. Konfransın keçirilməsində məqsəd insanlar, heyvanlar, bitkilər və ətraf mühitin sağlam olmasına nail olmaq üçün yerli, milli və qlobal səviyyədə fəaliyyət göstərən müvafiq mütəxəssislər və qürumları bir araya gətirərək Azərbaycanda tək sağlamlığın həlli yollarını araşdırmaqdır. Məqsədimiz həmçinin, sağlamlıq və ətraf mühit üzrə mütəxəssislər arasında daha yaxşı əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq, dünyada tək sağlamlığın vacibliyini, yəni insan sağlamlığını, heyvan sağlamlığını və ekosistem sağlamlığının tanıması və inkişaf etdirilməsi üçün məlumatların mübadiləsinə və tək sağlamlıq haqda bilikləri dərk etməyə kömək edəcəkdir. Konfransda tək sağlamlığa, yəni insanların, heyvanların və ətraf mühitin ən yaxşı sağlamlığına nail olmaq üçün yeni tədbirlər, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, bunun üçün müxtəlif strateji planların və onların həyata keçirilməsi yolları, və beləliklə Azərbaycanda “Tək Sağlamlıq” potensialının yaradılması mövzusunda müzakirələrin və təqdimatların aparılması nəzərdə tutulub. Konfrans Bakı şəhərində keçiriləcəkdir. Bakı Azərbaycanın paytaxtıdır və dünyanın ən gözəl şəhərlərindən biridir. Bakı şəhəri Xəzər dənizinin qərb sahilində, Avropa və Asiyanın kəsişməsində yerləşir. Bakı sözünün mənası “külək” və ya “küləklı şəhər” kimi şərh edilir. Konfransın keçiriləcəyi vaxt isə iyun ayının əvvəlidir. İyun ayı Azərbaycanı ziyarət etmək üçün ən yaxşı vaxtdır, çünki hava mülayim isti küçir və hər yerdə çiçəklər çiçəklənir.

Konfransın mühüm məqamları

• Antimikrobial Rezistentlik
• Ekosistem Sağlamlığı
• İctimai Sağlamlıq
• Tək Sağlamlıq Yanaşması

                                 Azərbaycanı kəşf et

QEYDİYYATIN SONU:


 Erkən qeydiyyat - 2018-ci il 30 mart tarixinə qədər

 Standart qeydiyyat - 2018-ci il mayın 21-dək